Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Maliyyə Palatasından sığorta şirkətlərinə ciddi xəbərdarlıq
Maliyyə Palatasından sığorta şirkətlərinə ciddi xəbərdarlıq
10 Mart 2017 / 17:33 / Baxış sayı: 762
Font1 Font2 Font3 Font4

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) hesabatların təhrif edilməsi ilə bağlı sığorta şirkətlərinə ciddi xəbərdarlıq edib. “Bizimxeber”ə Palatadan verilən məlumata görə, bəzi sığorta şirkətlərinin təhrif edilmiş hesabatlar verməsi faktı aşkarlanıb. 

MBNP sektorda şəffaflığı təmin etmək, maliyyə dayanıqlığını gücləndirmək və istehlakçıların hüquqlarını qorumaq üçün nəzarət tədbirlərini gücləndirib və şirkətlər tərəfindən qanunvericiliyin tələblərini pozanlar cəzalandırılacaq. Palatadan bildirilib ki, sığorta şirkətləri bunu nəzərə alaraq hesabatların MBNP-yə təqdimatı zamanı diqqətli olmalıdırlar: “Hər hansı təhrifetmə faktı aşkarlanarsa, həmin sığorta şirkətinə qarşı ciddi sanksiyalar tətbiq ediləcək”. Qeyd edək ki, bir neçə gün əvvəl MBNP “Rəvan Sığorta”da təhrif edilmiş hesabatların təqdim edilməsi faktını aşkar etmişdi.

Bununla bağlı şirkətin İdarə Heyətinin sədri, baş mühasibi və məsul aktuarisinin tutduğu vəzifədən kənarlaşdırılması, sığorta ehtiyatlarını təmin edən vəsaitlərin çatışmayan hissəsinin bərpa edilməsi və məcmu kapitalının artırılması barədə “Rəvan Sığorta”ya icrası məcburi olan yazılı göstəriş – təqdimat verilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə