Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş redaktor Zahid İsayevə müraciət etdi
Baş redaktor Zahid İsayevə müraciət etdi
10 Mart 2017 / 18:42 / Baxış sayı: 766
Font1 Font2 Font3 Font4

Hər gün  minlərlə, bəlkə də on minlərlə  vətəndaşımızın istehlakçı  hüquqları pozulur. Baxmayaraq ki, ölkəmizdə İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan  Respublikasının  Qanunu var. Və bu qanun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş  “İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər” əsasında işlənmiş və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə ( !!!!) uyğunlaşdırılmasına yönəldilmişdir.

Amma qanunun kağız üzərində mövcudluğu ilə real həyatda işləməsi  tam fərqli məsələlərdir. Sözün qısası, Azərbaycanda istehlakçıların müdafiəsi ilə bağlı nəinki qanun var, hətta neçə ildir  bu adda Dövlət Xidməti də fəaliyyət göstərir. Rəisi, müavinləri, yüzdən artıq aparat işçisi, mətbuat xidməti, regional şöbələri və s …

Söhbət  İqtisadiyyat Nazirliyi  yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ( ASİHMDX ) fəaliyyətindən, əslində fəaliyyətsizliyindən gedir.

Bu qurumun antinihisar siyasətindən ümumiyyətlə danışmağa dəyməz və bu yazının mövzusu deyil. Çünki Azərbaycandakı inhisar  problemi  çox dərinliklərə gedib çıxır. Həm də  NUH.az saytı olaraq  bizim hədəfimiz  böyük problemlər deyil. Bizim məqsədimiz sadə problemləri qaldırıb həllinə nail olmaq,  yüz minlərlə sadə insanların hər gün qarşılaşdığı, hətta təhqiramiz vəziyyətə düşdüyü vəziyyəti qurumun rəisi cənab  Zahid İsayevin  nəzərinə çatdırmaqdır.

Bu gün hansı ictimai-iaşə müəssisəsinə, çayxanaya, kafeyə daxil olursansa ilk gözəgirən bu olur: BİZDƏ SADƏ ÇAY VERİLMİR… Cənab İsayev! Sizin özünüzün də kifayət qədər həyat təcrübəniz var, yəqin ki xeyli ölkələri gəzmisiniz…

Sizcə,  sadə və mürəkkəb çay nədir, cənab İsayev?

Dünyanın hər yerində vətəndaş nəinki çayxanaya, kafeyə, hətta  restorana daxil olub bir stəkan çay, bir stəkan  su sifariş  verə  bilər… Bəs bizim  analoqu olmayan ölkəmizdə niyə tam fərqlidir..?

İstehlalkçıya  yayın qızmarında zorla mürəbbə, hətta snikers şokoladı verməlidirlər…Əgər vətəndaş etiraz edirsə, qapını göstərirlər. Həmin iaşə obyektlərinin özəl olması o demək deyil ki, obyek sahibi öz qaydalarını diqtə edə bilər. Dünyanın hər yerində  xidmət qaydaları var, onu pozamağa heç kimin ixtiyarı yoxdur.

Cənab İsayev! Sizin rəhbərlik etdiyiniz dövlət qurumu bu boyda baibırçılıqları görmür..? İstehlakçıların hüquqları niyə qorunmur..?

Əlbəttə, Sizə bu “sadə-mürəkkəb  çay”  məsələsi bəsit, hətta gülməli gələ bilər. Amma unutmayaq ki, bu gün bütün dünyada  iqtisadi-maliyyə böhranı yaşanır. Və sizin  rəhbərlik etdiyiniz qurumun əməkdaşları dövlətdən böyük məbləğdə maliyyə vəsaiti alır ki, vətəndaşlarımızın hüqqularını qoruyasınız. Axı, həmin vəsait vətəndaşların ödədiyi vergilərdən yaranır.

Ölkənin çətin maliyyə vəziyyətində təkcə sizin aparata, müavinlərinizə, şəxsən sizin ailə üzvlərinzə ( !!) xidmət edən  avtomobillərə  hər ay dövlət tərəfindən  kifayət qədər vəsait ayrılır. Bəs bütün bunlarınn qarşılığında sizlər niyə üzərinizə düşən vəzifəni yerinə yetirmirsiniz..?

Cənab İsayev! Söhbət təksə “sadə-mürəkkəb”  çaydan getmir. Azərbaycanda istehlakçıların hüqquları elementara səviyyədə qorunmur. Və buna görə siz məsuliyyət daşıyırsınız. Çünki ölkə başçısı sizə etimad göstərib. Siz isə etimadı doğrultmursunuz.

NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə