Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakı-Sumqayıt yolunda növbəti qəza – Yol bağlandı (FOTO)
Bakı-Sumqayıt yolunda növbəti qəza – Yol bağlandı (FOTO)
10 Mart 2017 / 19:10 / Baxış sayı: 1558
Font1 Font2 Font3 Font4

Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qəza bu gün saat 18:20 radələrində baş verib.

Yolun 3-cü kilometrliyində Sumqayıtdan Bakı istiqamətində hərəkət edən “Mercedes ML” markalı “90 OA 998” dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan “90 FA 731” dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobillə toqquşub, daha sonra yolun kənarında dayanan piyadanı vuraraq yoldan çıxıb və maneəyə çırpılıb. Piyada ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Yol qəzası nəticəsində Bakı-Sumqayıt yolunun Bakıya tərəf hərəkət istiqaməti bağlanıb. Əraziyə yol polisi əməkdaşları cəlb edilib. Hazırda yol polisi avtomobillərin hərəkətini bərpa etməyə çalışır.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə