Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputat hava limanından çıxa bilmədi
Deputat hava limanından çıxa bilmədi
25 Aprel 2013 / 10:39 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Səfərdən qayıdan millət vəkili Adil Əliyev Heydər Əliyev Bakı beynəlxalq hava limanında problemlə üzləşib. Bu barədə Adil Əliyevin özü Facebook-da yazıb.

“Dəyərli dostlar, aprelin 17-22 aralığında Qazaxıstanın paytaxtı Astanada səfərdə oldum. İlk dəfə səfər etdiyim Astana öz gözəlliyi ilə diqqəti çəkirdi. Böyük bir türk dövləti bizi qarşıladı, özü də əsl türklərə məxsus qonaqpərvərliklə. Həm Senatda, həm də Qumilyov adına universitetdə müxtəlif tətdbirlərdə, o cümlədən ümummilli lider Heydər Əliyvein 90 illik yubileyinə həsr olunan mərasimlərdə iştirak etdik. Bir sözlə orada olduğumuz günlərdə gözəl məqamlar yaşadıq. Lakin səfərdən geri dönərkən Bakıda hava limanında gecə saat 12-də təyyarədən düşəndən sonra maraqlı və xoşagəlməz hadisə ilə qarşılaşdım. Hava limanında avtomobilimə minib bir həftə ərzində darıxdığım, Astanadan sonra yeri görünən Bakı gecəsini seyr edə-edə evə getməkdəydim. Lakin hava limanının giriş-çıxış hissəsindəki şlaqbauma yaxınlaşarkən məlum oldu ki, sürücü limana daxil olarkən götürdüyü talonu itirib. Avtomobil hava limanının ərazisində təxminən bir saat olmuşdu. Və biz geri dönərkən maşına minməmiş həmin müddət ərzində avtomobilin ərazidə olduğu müddətin haqqını ödəmə məntəqəsində ödəmişdik.

Lakin çek əlimizdə olsa da, giriş talonu naməlum şəraitdə itmişdi. Yaranmış vəziyyəti bir saatdan artıq “Azal”ın şlaqbaumlara nəzarət edən işçilərinə izah etməyə çalışsam da, xeyri olmadı. Sanki mən ölkəyə daxil olarkən pasportumu itirmişdim. Bir anlıq bu şlaqbaumlar mənə gestaponu xatırlatdı. Biz bir saat ərzində “Azal” əməkdaşlarına izah edə bilmirdik ki, pulu ödəmişik və çek də əlimizdədir. Onlar bunu kamerlara baxaraq da müəyyən edə bilərdilər. Maraqlıdır ki, əgər mən bunu Milli Məclisin üzvü kimi bu adamlara izah edə bilmirdimsə, gör indi mənim yerimə olan sıravi bir vətəndaş hansı situasiyada olardı. Ən acınacaqlısı isə o idi ki, talonu itirdiyimiz üçün bizdən tələb olunan 40 manat məblğində cəriməni ödəmək üçün üstümüzdə nəğd pul yox idi. Şlaqbaumu qaldırıb-endirənlər isə bunu nəzərə almırdı. Bu situasiyada mən nə etməli idim? Necə deyərlər, kimdir günahkar? Yaranmış forsmajor situasiyalar necə həll edilməlidir? Şlaqbaum qanunları bu qədərmi keçilməzdir? Əlbəttə, qanun və qaydalar hər kəsə aiddir və buna hamı hörmət etməlidir. Ancaq göründüyü kimi belə bir durum yaranmışdı. Və həmin vaxt biz orada xeyli vaxt gözləyərək rastlaşdığımız tanışlardan həmin 40 manatı borc alıb ödəməsəydik nə etməli idik? İndiyə kimi oradamı qalacaqdıq? Axı mən Milli Məclisin üzvü kimi o vəziyyətdə hər hansı bir tədbirə tələsə bilərdim, ya da hansısa vacib işin dalınca tez bir zamanda getəmli olardım. Anlamıram ki. Bu nəzarət kameraları həmin ərazidə nəyə görə quraşdırlıb? Yəqin ki, belə situasiaya ilə qarşılaşan tək mən deyiləm. Düşünrəm ki, cavadeh şəxslər bu acınacaqlı vəziyyət üçün bir əncam çəkləmlidirlər. Mənim isə o gözəl səfərim şlaqbaumda bitirildi… Baş verənlərdən sonra Bakı gecəsinin gözəlliyini seyr edərək yüksək əhval-ruhiyyə ilə evə qayıtmaq sadəcə mümkün deyildi…”

Tural

arxiv.bizimxeber.az



Deputat hava limanından çıxa bilmədi yazısına 2 şərh yazıldı




Yuxarı Geri Ana səhifə