Загрузка...
Xəbər lenti



Загрузка...

“Qanunsuz 100 milyon çıxarılıb…” – Nazirdən şok rəqəm
“Qanunsuz 100 milyon çıxarılıb…” – Nazirdən şok rəqəm
10 Mart 2017 / 21:22 / Baxış sayı: 1304
Font1 Font2 Font3 Font4

“Ötən dövr ərzində qanunsuz yolla banklardan 100 milyon manatdan çox vəsait çıxarılıb. Bu da şirkətlərin nə qədər vəsait nağdlaşdırması barədə bankların hesabat verməli olduğunun vacibliyini göstərir”.

arxiv.bizimxeber.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu sözləri Vergilər naziri Fazil Məmmədov Amerika Ticarət Palatası ilə birlikdə təşkil olunmuş “Şəffaflığa doğru birlikdə” adlı vergi konfransında deyib. O, 1%-lik nağdlaşdırma vergisinin banklara nəzarət funksiyası daşıdığını qeyd edib.

Nazir bu 1 faizin nə vergi daxilolmalarına, nə də biznes mühitinə əhəmiyyətli təsir göstərdiyini qeyd edib.

Fazil Məmmədov həmçinin vergi sistemində aparılmış islahatlara da toxunub və deyib ki, vergi ödəyiciləri ilə yeni sistem və prinsiplərlə işlənilməsi nəzərdə tutulur.

Nazir vergi ödəyicilərinin də şəffaf fəaliyyət göstərməli olduğunu vurğulayıb.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə