Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyədən Obamaya etiraz
Türkiyədən Obamaya etiraz
25 Aprel 2013 / 10:45 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadisələrinə dair bəyanatına kəskin reaksiya bildirib. Nazirliyin rəsmi internet səhifəsində açıqlamaya etirazını bildirən XİN rəsmiləri tarixi həqiqətlərin təhrif edildiyi bu bəyanata görə təəssüf etdiklərini qeyd ediblər.

“ABŞ prezidenti Barak Obama 24 aprel 2013-cü il tarixdə verdiyi açıqlama ilə türklər və ermənilər arasındakı müştərək tarixin kədərli hissəsinə aid mübahisəli mövzuda bu il də erməni fikirlərini əks etdirən birtərəfli yanaşma nümayiş etdirib. Tarixi həqiqətləri təhrif edən bu açıqlama bütün hallarda problemlidir və bunu təəssüf hissi ilə qarşılayırıq”.

Açıqlamada bu cür bəyanların Türkiyə – Amerika münasibətlərinə də ziyan vuracağı vurğulanıb. “Mübahisəli tarixi hadisələri daxili siyasət dinamikasının təsiri ilə tərəfli məlumat və ayrı-seçkilikci bir ədalət hissi ilə şərh edən belə açıqlamalar Türkiyə – Amerika münasibətlərinə də ziyan vurur, türklərlə ermənilərin ədalətli düşünməsini çətinləşdirir”.

ABŞ kimi əhəmiyyətli tərəfdaşımızdan problemi daha da dərinləşdirməsini yox, məsələnin həlli istiqamətində fikirlər irəli sürməsini gözləyirik. Bundan başqa ABŞ məsələnin tərəfsiz və elmi araşdırmasından yayınan erməni tərəfini də dürüst və uzlaşmaçı olmaq üçün cəsarətləndirməlidir.

I dünya müharibəsi vaxtı baş vermiş hadisənin ortaq olduğu dövrə aid xatirələrin türk xalqı üçün də ən azı ermənilər qədər həssas olduğu bilinməlidir. Tarixin doğru anlaşılmasına mane olan kortəbəii müdaxilələrə baxmayaraq Türkiyə məsələyə etimad və açıq fikirliliklə baxır, həqiqətin hər tərəfli araşdırılmasını istəyir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə