Загрузка...
Xəbər lenti



Загрузка...

Salyanda sökülən məktəbin materialları hara daşınır?-Yeyinti
Salyanda sökülən məktəbin materialları hara daşınır?-Yeyinti
11 Mart 2017 / 13:03 / Baxış sayı: 1520
Font1 Font2 Font3 Font4

Salyan rayonunda Nizami Gəncəvi adına 2 saylı orta məktəb sökülür. Məlumata görə, həmin məktəbin 2000-ci ilin əvvəllərində əsaslı təmir olunmasına baxmayaraq, sökülməsinə qərar verilib.

Rayon sakinlərinin arxiv.bizimxeber.az-a verdiyi məlumata görə, sökülən məktəbin materialları dəyərindən ucuz qiymətə satılır: “Deyirlər ki, guya söküntüdən çıxan materiallar rayon ərazisindəki digər məktəblərin təmir-bərpasına yönəldiləcək. Amma biz bunun əksini görürük. Kimin pulu varsa, oradan taxta, müxtəlif tikinti materailları ala bilir. Bu cür yolla ölkə prezidentini aldatmaq olmaz. Sevindik Hətəmov bir ilə yaxındır, rayon icra hakimiyyətinin başçısıdır, amma nəzarət edə bilmir. Biz bu başçıdan ədalətli, düzgün idarəetmə gözləyirdik, amma bu, olmadı”.

Sakinlər qeyd ediblər ki, rayonda bundan başqa, digər məsələlərlə bağlı narazılıq halları kütləvidir.

Qeyd edək ki, Azərbaycan prezident İlham Əliyevin sərəncamı ilə Salyan şəhərində ilk dəfə olaraq 1200 şagird yerlik yeni məktəb binası tikilir. Yeni məktəb binasında 48 sinif otağı, kimya-fizika laboratoriyası, kompüter otağı, idman, akt zalları, kitabxana, yeməkxan, tibb məntəqəsi olacaq. Bundan əlavə, məktəb binasının fasiləsiz elektrik enerjisi, istilik sistemi və içməli su ilə təmin edilməsi üçün transformator quraşdırılacaq, qazanxana tikiləcək və hər biri 150 ton olan 3 su anbarı inşa ediləcək. Tikinti işləri növbəti tədris ilində başa çatdırılacaq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

Nigar
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə