Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısının terrorçu oğlu öldürüldü
İcra başçısının terrorçu oğlu öldürüldü
25 Aprel 2013 / 11:25 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Dağıstanın Qunib rayonunda antiterror əməliyyatı keçirib.

arxiv.bizimxeber.az Dağıstan KİV-ə istinadən verdiyi məlumata görə, bir evdə gizlənən iki silahlı öldürülüb.

Silahlıların şəxsiyyəti artıq müəyyənləşib. Onlardan biri, 1986-cı il təvəllüdlü Hacımurat Habibov Qunib rayon sakinidir. Hacımurat Habibov 2011-ci ilin martında Dağıstanın Qarabudaqkənd rayonunda törədilən kütləvi qətliamda iştirak edib. Həmin vaxt silahlılar təsadüfən yolları üzərinə çıxan 5 ovçunu öldürüblər.

Öldürülən digər silahlı isə 1991-ci ildə Soqratlı kəndində anadan olmuş Süleyman Hacıomarovdur. O, 1 il əvvəl  Qahirədəki İslam Universitetində təhsilini başa vurub, Dağıstana qayıdıb. Hacımurat Habibovun təsirinə düşən Süleyman Hacıomarov silahlılara qoşulub. Məlumata görə, o, Qunib rayonunun icra başçısının oğludur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə