Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəhid dəfn edildi – FOTO, YENİLƏNİB
Şəhid dəfn edildi – FOTO, YENİLƏNİB
11 Mart 2017 / 18:52 / Baxış sayı: 3334
Font1 Font2 Font3 Font4

Hərbi qulluqçumuz həlak olub

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuz rayonunda dəfn edilib.

İstiPress-in Qarabağ bürosunun verdyi məlumata görə, martın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində şəhid olan əsgər Abbasov Həsənəli Çingiz oğlu bu gün doğulduğu Tovuz rayonu Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı və RİH Aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.

 

Martın 11-də səhər saatlarında Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.

Bu barədə “Bizimxeber”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə