Загрузка...
Xəbər lenti



Загрузка...

Bakıda təhlükəsizlik tədbirləri gücləndirildi
Bakıda  təhlükəsizlik tədbirləri gücləndirildi
11 Mart 2017 / 18:47 / Baxış sayı: 1216
Font1 Font2 Font3 Font4

İslam oyunları ilə bağlı Daxili Qoşunlara tapşırıq verildi

Ölkəmizdə keçirilən mötəbər beynəlxalq idman yarışları – Birinci Avropa Oyunları və “Formula-1 Avropa Qran Pri”si zamanı ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində şəxsi heyət fəal iştirak edib, müəyyən olunmuş tapşırıqların öhdəsindən layiqincə gəlib. Bu il keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında da Daxili Qoşunların qarşısında mühüm tapşırıqlar qoyulub və şübhə yoxdur ki, şəxsi heyət bu dəfə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.

İstiPress xəbər verir ki, bunu Daxili işlər nazirinin müavini-Daxili Qoşunlar komandanı, general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə deyib.

O bildirib ki, respublikada ictimai asayişi pozmaq cəhdlərinin qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə keçirilən xüsusi əməliyyatlarda şəxsi heyət hər zaman yüksək döyüş hazırlığı, peşəkarlıq göstərib.

Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 25 il ötür.

Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edib. Daha sonra Daxili Qoşunların Baş İdarəsində keçirilən tədbirdə daxili  işlər naziri, general-polkovnik Ramil Usubov və Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak ediblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə