Загрузка...
Xəbər lenti



Загрузка...

Dağıstanda kütlə rus döyüşçüsünə hücum etdi-VİDEO
Dağıstanda kütlə rus döyüşçüsünə hücum etdi-VİDEO
12 Mart 2017 / 12:18 / Baxış sayı: 1472
Font1 Font2 Font3 Font4

Qarışıq döyüş növü üzrə Rusiya idmançısı Vladimir Mineyev Dağıstanda həvəskarlar arasında keçirilən çempionatda iştirak edib.

Virtualaz.org yerli mətbuata istinadən bildirir ki, Mineyevin rəqibi dağıstanlı Əziz Cumaniyazov olub. Döyüş Mineyev üçün o qədər də müvəffəqiyyətli alınmayıb. Yerli idmançı döyüş vaxtının çox hissəsində onu parterdə saxlayıb. Amma Cumaniyazov ikinci raundu sonuna yaxın qeyri-idmani hərəkətə yol verib. Belə ki, ayağa qalxaraq, rəqibini təpiklə vurub. Mineyev dərhal yerindən sıçrayıb və rəqibinin başına yumruq endirib. Bundan sonra yerli döyüşçünün pərəstişkarları rinqə atılaraq Mineyevə hücum ediblər. Düzdür, gəlmə idmançının tərəfdarları da ringə atılıblar, amma onların sayı olduqca az olub.

İlkin məlumatlara görə, xoşbətlikdən hadisə nəticəsində heç kim zərər çəkməyib.

Tədricən də olsa, ara sakitləşib və hər iki döyüşçü tribunanın altındakı otağa keçərək danışıblar. Daha sonra isə bir- birindən üzr istəyərək, əl sıxıblar.

Qeyd edək ki, Vladimir Mineyev Fight Nights döyüşçüsüdür. Onun peşəkarlıq statistikasında 8 qələbə və 1 məğlubiyyət var. Ə.Cumaniyazov isə 2 dəfə qələbə qazanıb, 3 dəfə məğlub olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə