Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İcra başçısının iştirakı ilə yarmarka biabırçılığı
İcra başçısının iştirakı ilə yarmarka biabırçılığı
12 Mart 2017 / 17:31 / Baxış sayı: 3580
Font1 Font2 Font3 Font4

Hər şənbə günü Xətai rayonu ərazisində açılan kənd təsərrüfatı mallarının satış yarmarkasında bu dəfə ikrah yaradan hadisə baş verib. 

Alıcıların missiya.az-a verdiyi  məlumata görə, Xətai rayonu İcra Hakimiyyəti başçısı Razim Məmmədov yarmarka ərazisinə daxil olan kimi, rayonun əksər dövlət orqanlarının əməkdaşları onu dövrəyə alaraq, əhali ilə təmasına imkan verməyiblər.
b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_056.jpg
Mənzil İstismar Sahəsinin işçiləri, bələdiyyə üzvləri, su, qaz, işıq idarələrinin rəhbər nümayəndələri və əməkdaşları, o cümlədən ərazinin polisləri əl-ələ verib, başçının dörd bir yanında canlı hasara çevriliblər. Rayonun sahibi də məruz qaldığı bu vəziyyətə nəinki etirazını bildirib, əksinə, gülüşündən belə anlaşılıb ki, özünü dəryada balıq kimi hiss edir.
Bunlar azmış kimi, hasar məmurlar Razim Məmmədovu canu-dildən tərifləməyə başlayıblar. Yarmarkada alver edən sadə vətəndaşlardan bir kimsə rayon rəhbərliyinə yaxınlaşaraq, dərdini deyə bilməyib.
b_550_325_16777215_00_images_xeber_sekilleri_16fevral2017_055.jpg
Hadisənin kulminasiyası başçı yarmarkanı tərk edəndən sonra baş verib. Əhali ilə rəhbərin arasında səddə çevrilən həmin insanlar arasında olan yarmarkaya cavabdeh şəxslər mal satmaq üçün ayrılan ərazinin hər iki metrini satıcılara 20 manata satmağa başlayıblar. Bu münasibət narazılıq yaratsa da, proses dayandırılmayıb. Beləcə həmin 20 manatlar satıcılar tərəfindən məcburən satılan malların üzərinə qoyulub və qiymətlər market qiymətlərindən baha olub.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə