Загрузка...
Xəbər lenti



Загрузка...

Millət vəkili qəza törətdi – ölən var
Millət vəkili qəza törətdi – ölən var
13 Mart 2017 / 8:54 / Baxış sayı: 950
Font1 Font2 Font3 Font4

Faktla bağlı araşdırmalar davam edir

Türkiyədə ölümlə nəticələn yol nəqliyyat hadisəsi baş verib. İstiPress Milliyet.com-a istinadən xəbər verir ki, minik maşının motosikletlə toqquşması nəticəsində motosikletin sürücüsü ölüb.

Hatay vilayətinin Dörtyol rayonunda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili olan Hacı Bayram Türkoğluna aid 01 C 1221 dövlət nömrə nişanlı avtomobil motosikletlə toqquşub. Motosikletin sürücücüsü suariyalı olub. O, hadisə yerində ölüb.

Gecə saatlarında baş vermiş qəza zamanı millət vəkili Hacı Bayram Türkoğlunun da içində olduğu avtomobili sürücü Fehmi Rigan idarə edirmiş. Qəzadan sonra sürücü ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb. Faktla bağlı araşdırmalar davam edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə