Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

11 min dinc sakin həlak oldu
11 min dinc sakin həlak oldu
13 Mart 2017 / 9:39 / Baxış sayı: 602
Font1 Font2 Font3 Font4

Mosul şəhərində əməliyyatlar davam edir

İraqın Mosul şəhərində davam edən hərbi əməliyyatlar zamanı 23 nəfər həlak olub. İstiPress-in məlumatına görə, bu barədə “Anadolu” agentliyinə İraq federal polisinin mayoru Yəhya Abba ət-Talibi xəbər verib.

Onun sözlərinə görə, martın 12-i səhər tezdən şəhərin cənub-qərbində İŞİD terrorçuları ilə polislər arasında ağır döyüşlər gedir. Əməliyyatlar zamanı təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı həlak olub. Döyüşlər zamanı həmçinin İŞİD-in 9 terrorçusu da məhv edilib. Onlardan biri kamikadzedir.

Bundan əlavə, beynəlxalq koalisiyanın hərbi hava qüvvələri Mosulun qərbinə zərbələr endiriblər. Nəticədə 11 dinc sakin həlak olub. Ət-Talibi bildirib ki, İraq ordusu terrorçulara sarsıdıcı zərbə endirmək üçün Əl-Cədidə rayonu ərazisində İŞİD-ə qarşı yeni cəbhə açmağı planlaşdırır.

Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadi ötən il, oktyabrın 17-də Mosulun İŞİD terror qruplaşmasından azad edilməsi uğrunda əməliyyatın başlandığını bəyan edib. Şəhər 2014-cü ilin iyunundan silahlı qruplaşmanın nəzarəti altındadır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə