Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ukraynanı defolt gözləyir
Ukraynanı defolt  gözləyir
13 Mart 2017 / 9:46 / Baxış sayı: 520
Font1 Font2 Font3 Font4

“Beynəlxalq Valyuta Fondunun (IMF) dəstəyi olmadan Kiyev qrivnanın məzənnəsinə nəzarəti itirməklə yanaşı sürətlə artan xarici borc səbəbindən defolta uğraya bilər”. “Report”un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Ukrayna Mərkəzi Bankının sədr müavini Oleq Çuriy verib. 

Bankirin fikrincə, IMF Ukraynaya beynəlxalq kreditorlarla hesablaşmağa yardım edə bilər: “Əgər riyazi olaraq hesablasaq, IMF-in maliyyə yardımı davam etməsə, biz öhdəliklərimizi yerinə yetirə bilməyəcəyik. Başqa sözlə, biz defolt olaycağıq. Bunu hamı anlamalıdır”, – deyə O.Çuriy qeyd edib.

Mərkəzi Bankın sədr müavini hesab edir ki, Ukrayna hökuməti müstəqil olaraq qrivnanın məzənnəsini sabit saxlaya bilməyəcək: “Maliyyə böhranının qarşısını almaq üçün Kiyev beynəlxalq qurumlara müraciət etməlidir. Belə ki, yaxın bir neçə ildə Ukrayna 12,5 mlrd. ABŞ dolları borc ödəməlidir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə