Загрузка...
Xəbər lenti



Загрузка...

Festivalda iki nəfər öldü
Festivalda iki nəfər öldü
13 Mart 2017 / 9:48 / Baxış sayı: 720
Font1 Font2 Font3 Font4

Argentinanın Olavarriya şəhərində açıq havada keçirilən böyük rok konserti zamanı yaranmış basırıqda iki nəfər ölüb, 10-dan çox insan yaralanıb.

Basırıq musiqiçilərin festivalın son mahnılarından birini ifa etdiyi zaman yaşanıb. Böyük izdiham səhnəyə istiqamətlənib və nəticədə basabas və panika yaranıb.

Polis izləyicilərin sayının həddindən artıq olmasına görə, vəziyyətə nəzarətin əldən çıxdığını düşünür. Təşkilatçıların məlumatına görə, konserti 250 mindən artıq insan ziyarət edib. Maraqlıdır ki, Olavarriya şəhərində cəmi 100 minə yaxın insan yaşayır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə