Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Çində turistlər üçün elə yer açıldı ki…
Çində  turistlər üçün elə yer açıldı ki…
13 Mart 2017 / 10:00 / Baxış sayı: 700
Font1 Font2 Font3 Font4

Dünyanın ən böyük radioteleskopu FAST (The Five hundred meter Aperture Spherical Telescope) turistlərin pulsuz ziyarəti üçün açıq elan edilib.

Çinin Quycou vilayətində dağlıq ərazidə yerləşən radioteleskop ötən ilin sentyabrında istifadəyə verilib. Teleskopun normal fəaliyyəti üçün 5 kilometr radiusda mobil rabitə dalğaları blok edilib. Teleskopu ziyarət etmək istəyən turistlər mobil telefonları, rəqəmli fotoaparatları və digər elektron cihazları saxlama məntəqəsinə təhvil verməlidirlər. Buna baxmayaraq, ərazidə turistlərin ölkədaxili zəngləri üçün pulsuz telefon köşkləri quraşdırılıb.

Sinxua agentliyi bildirir ki, ilkin mərhələdə hər gün 2 min turist teleskopu yaxından görmək imkanı qazanacaq.

Diametri 500 metr, perimetri 1,6 kilometr olan nəhəng teleskopun inşasına 2011-ci ildə başlanılmışdı. Radioteleskopun maliyyə dəyəri 1,15 milyard yuan (təxminən 173 milyon ABŞ dolları) qiymətləndirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə