Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsmayıllıda ciddi kadr dəyişiklikləri
İsmayıllıda ciddi kadr dəyişiklikləri
25 Aprel 2013 / 11:48 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İsmayıllı rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri edilib. Lent.az-ın məlumatına görə, rayon icra başçısının birinci müavini Rəfail Əhmədov, müavinləri Rövşən Ağayev və Əzizə Vahabova vəzifədən azad edilib.

R.Ağayevin yerinə Talıstan kənd bələdiyyəsinin sədri Mahmud Süleymanov, Ə.Vahabovanın yerinə isə İsmayıllı RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevil Əhmədova təyin edilib. Başçının birinci müavini vəzifəsinə isə müavin vəzifəsindən azad edilmiş Rövşən Ağayev təyin olunub.

Məlumata görə, Mahmud Süleymanov başçının müavini olmaqla yanaşı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, Sevil Əhmədova İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini də icra edəcək.

Yeni təyin olunmuş müavinləri İsmayıllı RİH başçısı Mirdamət Sadıqov kollektivə təqdim edib və onlar barəsində məlumat verib.

Qeyd edək ki, müavin vəzifəsindən azad edilən Ə.Vahabova İsmayıllı YAP-ın sədridir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə