Загрузка...
Xəbər lenti



Загрузка...

Yaralı tələbələrdən 2-si Kliniki Tibbi Mərkəzə köçürüldü
Yaralı tələbələrdən 2-si Kliniki Tibbi Mərkəzə köçürüldü
13 Mart 2017 / 12:21 / Baxış sayı: 940
Font1 Font2 Font3 Font4

Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alan tələbələrin durumu stabildir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova lent.az-a bildirib ki, qəza zamanı xəsarət alan tələbələrdən 5-nin müalicəsi hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında davam etdirilir: “Qəza sonrası Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmiş iki xəstə isə 1 saylı Kliniki Tibbi Mərkəzə köçürülüb. Hər iki qız çənə nahiyəsindən əməliyyat olunmalıdır. Amma durumları stabildir. Qorxulu bir şey yoxdur”.

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş 1997-ci il təvəllüdlü Rəsul Sadıqov və 1999-cu il təvəllüdlü Emin Həmidovun da vəziyyəti stabildir və müalicələri davam etdirilir.

Xatırladaq ki, martın 9-da Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən qəza baş verib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə