Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə Hollandiyaya nota verdi
Türkiyə Hollandiyaya nota verdi
13 Mart 2017 / 13:38 / Baxış sayı: 742
Font1 Font2 Font3 Font4

Bir gündə iki nota təqdim edilib

Türkiyə Hollandiya ilə yaranmış siyasi gərginliklə bağlı bu ölkəyə nota verib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Hollandiyanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona iki etiraz notası təqdim edilib.

Notaların verilməsinə səbəb Hollandiyanın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Rotterdamdakı baş konsulluq binasına girməsinə icazə verməməsi olub.

Türkiyə notalarda tələblərini açıqlayıb – Türk vətəndaşlarına olan mənfi münasibətlə bağlı Hollandiya hökuməti üzr istəməlidir.

Notalardan biri qadın nazirin məruz qaldığı  təzyiqlərlə bağlıdır. Bu vəziyyətin beynəlxlaq hüquqa zidd olduğu qeyd edilib. İkinci notada isə Hollandiya polisinin konsulluq binası qarşısında türklərlə qarşı olan sərt münasibəti qınanılıb.

M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi palnlaşdırırdı. Ərdoğan bu hərəkəti edən Niderland hökumətini faşist adlandırıb: ” İstədiyiniz qədər təzyiq göstərin, istədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin. Bunların hamısı sizin ölkənizə qarşı dönəcək”. Çavuşoğlu isə Niderlanda qarşı ciddi sanksiyalar tətbiq ediləcəyini deyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə