Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə-Hollandiya qarşıdurması: bu, hər iki tərəfə sərf edir
Türkiyə-Hollandiya qarşıdurması: bu, hər iki tərəfə sərf edir
13 Mart 2017 / 14:54 / Baxış sayı: 566
Font1 Font2 Font3 Font4

«Türkiyəylə Niderland arasındakı mübahisənin yeganə məqsədi seçkilərdə daha çox səs toplamaqdır». «The Washington Post» qəzetinin son hadisələrə həsr edilmiş məqaləsi belə adlanır.

Şənbə günü Hollandiya Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu-nun təyyarəsinin enməsinə imkan verməyib. M.Çavuşoğlu Hollandiyaya Türkiyədə keçiriləcək referendumla bağlı təbliğat kampaniyasına gedirmiş. Əvvəl də iki türk nazirinə ölkəyə daxil olmağa izn verilməyib. Türkiyə prezidenti Recep Tayyip Erdoğan Hollandiyanın buna görə cavab verməli olacağını deyib, hər iki ölkədə etiraz aksiyaları keçirilir.

«The Washington Post» qəzeti baş verənlərin böhranlı seçki kampaniyalarının sonucu olduğunu, siyasətçilərin bu etirazlardan yararlanmağa çalışdığını yazır. Çünki cəmi 1 aydan sonra Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı referendum olacaq, seçicilər dəyişikliklərə «hə» desələr, prezident R.T.Erdoğan-ın səlahiyyətləri və fəaliyyət müddəti artacaq.

Hollandiyada isə seçkilər birisi gündür, martın 15-də ölkə parlamentinin üzvləri seçiləcəklər və bütün gözlər, müəllifin diliylə desək, sağçı, müsəlmanların əleyhinə çıxışlarıyla tanınan ultramillətçi siyasətçi Geert Vildersə zillənib.

Qəzet Ərdoğanla Vilderin bir-birini millətinin gözündə onlara sərf edən əcinnəyə çevirdiyini yazır. «Hollandiyayla Türkiyənin «böhranının» çox sadə izahı var», – hollandiyalı siyasətçi, siyasət elmləri üzrə mütəxəssis Cas Mudde deyib. «Hər iki ölkə millətçilik hissinin dominantlıq etdiyi seçki kampaniyasının təsiri altındadır», – o, sözlərinə əlavə edib.

Böhranın sonucları qəzetin haqlı olduğunu göstərir. G.Vilderin ölkəsindəki türkləri nəzərdə tutaraq dedikləri onları, yəqin ki, bir az da qızışdıracaq. Twitter səhifəsində G.Vilders etiraz aksiyasına çıxanların Hollandiya pasportu daşısa da, Hollandiyaya aid olmadıqlarını, türk olduqlarını göstərdiyini deyib. Türkiyənin ailə işləri naziri Betül Sayan Kaya haqqında isə G.Vilders bunları yazıb: «Rədd olun, bir də geri dönməyin və bir də, zəhmət olmasa, öz türk fanatlarınızı da özünüzlə aparın».

«The Washington Post» münasibətləri son illər onsuz da pisləşən Qərblə Türkiyənin arasındakı uçurumun bir az dərinləşdiyini yazır. Ərdoğanbazar günü İstanbulda kütlə qarşısında çıxışında Qərbin maskasını atdığını deyib. Ərdoğan eləcə də Türkiyənin digər rəsmilərinin çıxışlarıdurumun bundan sonra bir az da gərginləşəcəyindən xəbər verir. Qəzetin yazdığına görə, Türkiyənin öz ölkəsində səfərdə olan Hollandiya səfirini ölkəyə buraxmayacağı gözlənir.

Türklərə və müsəlmanlara qarşı çıxışlar edən tək G.Vilders deyil. Hollandiyanın indiki baş naziri Mark Rutte də seçkidən əvvəlki yazılarında türklərin və digər müsəlman miqrantların cəmiyyətə inteqrasiya etməkdən ötrü daha çox işləməli olduğunu demiş, hətta bir məqaləsində miqrantları «ya düzəlin, ya da çıxın, gedin» kimi xəbərdarlıq etmişdi. Bu çıxışlarından sonra sorğular onun G.Vildersən irəli keçdiyini göstərdi.

«The Washington Post» Ərdoğanı öncə də «diktator» adlandıran G.Vilderin indi durumdan yararlanmağa, üstünlüyü yenidən ələ almağaçalışdığını ehtimal edir. Onun, eləcə də rəqibi M.Ruttenin müsəlmanlara və türklərə qarşı çıxışları isə islamofobiyanı gücləndirir, beləliklə, avtoritarizmə can atmaqda günahlandırılan Ərdoğan tərəfdarlarını artırır, onun mövqeyini bərkidir. Məqalənin müəllifi İshaan Tharoor bu fikirdədir. (“Azadlıq” radiosu)

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə