Загрузка...
Xəbər lenti



Загрузка...

“Hollandiya və Almaniyaya təşəkkür etməliyik”
“Hollandiya və Almaniyaya təşəkkür etməliyik”
13 Mart 2017 / 15:07 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4

Türkiyənin hakim Ədalət və İnkişaf (AKP) Partiyasının millət vəkili Hollandiya və Türkiyə arasında yaşanan gərginliyə münasibət bildirib.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, partiyanın üzvü Hüseyn Kocabıyık deyib ki, yaşanan bu hadisələr üçün hollandlara təşəkkür etməlidirlər.

H.Kocabıyıkın sözlərinə görə, bu hadisələr Avropadakı türk vətəndaşlarının referendumda “hə”  deməsinə səbəb olacaq. “Almaniya və Hollandiyaya həmişə əsəbiləşməyək. Bəlkə də təşəkkür etməliyik. Siyasi ekspert olaraq onu əlavə edə bilərəm ki, bu hadisələr həm  Avropadakı vətəndaşlarımızın səs nisbətinin “hə”yə doğru artmasına, həm də Türkiyədə olan qərarsız seçicilərin “hə”yə yönəlməsinə səbəb olacaq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə