arxiv.bizimxeber.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, Almaniya Xristian Sosial Birlik Federal Məclis Komissiyasının xarici və təhlükəsizlik siyasətlər sözçüsü Florian Hahn bu tələbi alman əsgərlərinin təhlükəsizliyinə “hədə” ilə əsaslandırıb:

“Almaniyaya qarşı qızışan bu atmosferdə Türkiyə hökumətinin İncirlikdəki əsgərlərimizin təhlükəsizliyini kifayət qədər təmin edə biləcəyi və təmin etmək istədiyi dəqiq deyil”.

Hahn Amman hərbi hava bazasının bu kimi hallarda alternativ rolunda çıxış edə biləcəyini qeyd edib.

Xatırladım ki, türk əsilli alman vətəndaşı olan jurnalist Dəniz Yücel İstanbulda həbs edildikdən sonra türkiyəli nazirlərin Almaniyada konistitusiya dəyişikləri ilə bağlı referendumun təşviqat kampaniyası çərçivəsində mitinqlərin keçirilməsinə icazə verilməyib.

arxiv.bizimxeber.az