Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycandan 55 kq zəli aparmaq istədi
Azərbaycandan 55 kq zəli aparmaq istədi
13 Mart 2017 / 15:39 / Baxış sayı: 596
Font1 Font2 Font3 Font4

Azərbaycan gömrükçüləri daha bir fakt üzrə külli miqdarda zəlinin ölkə ərazisindən qanunsuz yolla çıxarılmasına cəhdin qarşısını alıblar. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasının vətəndaşı Shafabakhsh Mehran Omran oğlunun idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib.

Baxış zamanı, avtomobilin kabinəsində gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 55 kq olan “Hirudo medicinalis” növ zəlilər aşkar edilib.

Tibbi təyinatlı bu zəlilər Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna təhvil verilib və faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Astara Gömrük İdarəsində bundan öncə digər İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna gömrük baxışı nəticəsində isə ümumi sayı 29.000 ədəd olan “Hirudo medicinalis” növ zəlilər aşkar edilmişdi.

Bu növ zəlilər “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya (CITES) ilə müəyyən edilmiş siyahıya daxildir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə