Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Nardaran işi”: Zalda səs-küy saldılar, proses təxirə düşdü
“Nardaran işi”: Zalda səs-küy saldılar, proses təxirə düşdü
13 Mart 2017 / 17:04 / Baxış sayı: 580
Font1 Font2 Font3 Font4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyab aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi məhkəmə prosesi keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Cabir Əliyev və Mübariz İbrahimov ifadı veriblər. Onlar özlərini təqsirli bilməyiblər.

Təqsirləndirilən Ruzi İsmayılov ifadə verib. O, günahsız olduğunu iddia edib.

Ruzi İsmayılov ifadə verən zaman məhkəmə zalında səs-küy yaranıb. Təqsirləndirilən şəxslərin yaxınları səs-küylə etirazlarını bildiriblər. Buna görə hakim onları zaldan çıxarıb.

Proses martın 27-də davam edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə