Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda “kamikadze”lik edən taksi sürücüsü – VİDEO
Bakıda “kamikadze”lik edən taksi sürücüsü – VİDEO
13 Mart 2017 / 17:42 / Baxış sayı: 1198
Font1 Font2 Font3 Font4

Bakıda “VAZ 2107” markalı avtomobil kobud şəkildə qayda pozub. 

“Bizimxeber” baku.ws-ə istinadən xəbər verir ki, taksi xidməti ilə məşğul olan avtomobil sahibi magistral yolda əks istiqamətdə hərəkət edir.

Sürücünün bu ağlasığmaz hərəkətini digər bir avtomobildən çəkmək mümkün olub. Görünür taksi sürücüsü müştərini kəsdirmə yolla aparmaq üçün bu cür addım atıb. Yolda bu cür qayda pozuntusunun başqa absurd bir izahı ağla gəlmir.

Xatırladaq ki, buna oxşar hadisə bir neçə gün öncə də baş vermişdi. ZİL markalı yükmaşını əks yolda hərəkət edərək kobud qayda pozuntusuna yol vermişdi. Hadisədən dərhal sonra həmin sürücü polis əməkdaşları tərəfindən saxlanılmış və haqqında intizam tədbiri görülmüşdü. Ümid edək ki, bu sürücü də insanların həyatına təhlükə yaradan hərəkətlərinə görə cəzalandırılacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə