Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“İlham Əliyevin namizədliyi mütləqdən də mütləqdir”
“İlham Əliyevin namizədliyi mütləqdən də mütləqdir”
25 Aprel 2013 / 12:16 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Bu elə mütləqdən də mütləqdir. Cəmiyyətdə, YAP-da bununla bağlı yekdil fikir də var. Hakim partiyanın çoxsaylı görüşlərində də bütün Azərbaycan ictimaiyyəti, cəmiyyəti, xalqı, seçicisi İlham Əliyevin 10 ildə gördüyü işləri bəyənir, dəstəkləyir və dahi şəxsiyyət Heydər Əliyev siyasətinin davamlı olmağını istəyir”.

arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Bu mütləqdirmi ki, YAP-ın namizədi İlham Əliyev olacaq?” sualına cavab olaraq bildirib. “Amerikanın Səsi”nə danışan S. Novruzov deyib ki, insanlar İlham Əliyevin yenidən prezidentliyə namizəd olmağını arzulayırlar: “Bu YAP-ın 600 minlik üzvünün qərarıdır. Biz qurultayda bunun mexanizm hissəsini də qərarlaşdırdıq. Amma ümumu qərar artıq YAP-da verilib”.

S. Novruzov həmçinin İ. əliyevə rəqib görmədiyini də bildirib: “Bizim namizədə nə ölkə daxilində, nə də ölkədən kənar yaranan qruplar vasitəsilə alternativ yoxdur və olmayacaq da. Ümumiyyətlə, düşünürəm ki, siyasətdə belə bir şey var, siyasət və seçki ilə siyasi partiya məşğul olur, əksinə hansısa hərəkat, təşkilat yox. O siyasi partiya da hörmətdən düşdükdən sonra öz adlarını saxlaya bilməyib başqa ad altında qaçırlar. Məsələn, mən bu yaxınlarda Hikmət Hacızadənin El hərəkatı haqqında bir yazısını oxudum. Burada düzgün məqamlar ondan ibarət idi ki, El bir klubdur. Yəni, məsələn, pivə içənlər klubu və yaxud da yaşlılar klubu və s. El ictimai-siyasi hərəkat deyil. Hərəkatın arxasında qüvvə durmalıdır. Məsələn, vaxtikən milli azadlıq hərəkatı var idi. İndi EL-də cəmi 10-12 adam var ki, onlar da müxtəlif təşkilatlardan qovulanlardır, bir təşkilatı dəyişib, digərinə gəlib çıxanlardır. Bununla belə deyirlər ki, Milli Şura yaradılır və buna rəhbərliyi Rüstəm İbrahimbəyov edəcək. R.İbrahimbəyov olsa-olsa yaxşı bir ssenarist ola bilər. Bu insan nə siyasətçidir, nə dövlət adamıdır, nə ictimai-siyasi xadimdir, nə də ki, bu adamın ümumiyyətlə, siyasətdən başı çıxır. Bunların hamısı baş aldatmaqdan, vaxt keçirməkdən ötrü ortalığa atıılan bir məsələdir. Buna görə də hesab edirəm ki, siyasi partiyalar hər biri öz namizədlərini sədr kimi irəli sürür. Təbii ki, bu proses çoxalıb və seçki ilə məşğul olmayan bir insan bunu bilmir. Təkcə elə Azərbaycanın ərazisində 60 dairədən 40 min imza toplamaq lazımdır. Bundan sonra bir çox prosedurlar var ki, həyata keçirilməlidir. Bunun üçün böyük sosial baza, elektorat və güc lazımdır. Müsavat Partiyası yalandan özündən qərargah yaradıb. O qədər ştat yazıblar ki, axırda adam tapmayacaqlar ora təyin etməyə”. /Amerikanın Səsi/



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə