Загрузка...
Xəbər lenti



Загрузка...

Meyidi tapılan “vor”un kimliyi aşkarlandı – YENİLƏNİB
Meyidi tapılan “vor”un kimliyi aşkarlandı – YENİLƏNİB
13 Mart 2017 / 20:08 / Baxış sayı: 904
Font1 Font2 Font3 Font4

Bakıda bədənində “Vor” döyməsi olan meyitin kimliyi müəyyənləşib.

“Report” xəbər verir ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsində küçədən tapılmış meyitin üzərində heç bir zorakılıq əlaməti yoxdur. Onun 1963-cü il təvəllüdlü Ələkbər Yakuboviç olduğu müəyyən edilib.

Qeyd edək ki, o, əvvəllər məhkumluq həyatı yaşayıb.

***18:36

Bakıda bədənində “Vor” döyməsi olan kişi meyiti tapılıb.

“Report” xəbər verir ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsində küçədən təxminən 40-45 yaşlı kimliyi məlum olmayan kişi meyiti tapılıb.

Naməlum şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onun bədəninin üzərində çoxlu döymə olduğu aşkarlanıb. Naməlum şəxsin barmaqlarının üzərinə böyük hərflərlə “VOR” sözü yazılıb.

Meyitin kimliyi və ölümün səbəbləri araşdırılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə