Загрузка...
Xəbər lenti



Загрузка...

Fikrət Qocadan ürək dağlayan sözlər: “Belimi bükdü…”
Fikrət Qocadan ürək dağlayan sözlər: “Belimi bükdü…”
13 Mart 2017 / 20:17 / Baxış sayı: 1016
Font1 Font2 Font3 Font4

Xalq şairi Fikrət Qoca dünyasını dəyişən oğlunun itkisinə dözə bilmədiyini deyib.

“Bizimxeber” xəbər verir ki, yeniçağ.az-a açıqlama verən şair göz yaşlarına hakim ola bilməyib:
“Yalçının məni yarıyolda qoyub gedəcəyini ağlıma da gətirməzdim. Deyəndə ki, Yalçın yolda yıxılıb, xəstəxanaya aparırlar, dünya başıma fırlandı. Oğul itkisi belimi bükdü”.
Şair oğlu ilə son görüşünü də xatırlayıb:
“Elə bil ürəyinə damıbmış. Ölümündən əvvəl mənə zəng eləmişdi, hal-əhval tutduq, ordan-burdan danışdıq. Həmişə deyirdi ki, ata, dərmanlarını vaxtlı-vaxtında qəbul et, çox narahat idi mənə görə. Bu dəhşətli itkinin ağırlığını özümlə o dünyaya aparacağam. Yalçını hamı çox istəyirdi… Yaram təzədir, onun haqqında danışmaq mənə çox ağırdır…”
Qeyd edək ki, Fikrət Qocanın iki qızı, bir oğlu vardı. Şair-tərcüməçi Yalçın Qoca dünən 52 yaşında dünyasını dəyişib.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə