Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Saakaşvilinin məxfi məlumatlarını oğurladılar
Saakaşvilinin məxfi məlumatlarını oğurladılar
25 Aprel 2013 / 12:19 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Gürcüstan prezidenti Mixail Saakaşvilinin iqamətgahına naməlum şəxslər daxil olaraq daxili kommunikasiya şəbəkəsindən müəyyən informasiya əldə etməyə çalışıblar. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Gürcüstan prezident administrasiyasının rəhbəri Andro Barnov açıqlama verib.

O, məsələ ilə bağlı danışarkən deyib ki, dövlət mühafizəsinin xüsusi xidməti Gürcüstan prezidentinə tabe olanda və sarayda bu cür hallar baş verəndə xidmət müvafiq texniki qruppu çağırılirdı: “Bu dəfə isə hər şəy fərqli oldu. Aprelin 24-də iki nəfər naməlum şəxs gümüşü rəngdə avtomobildə saraya gəldilər. Onlar ancaq prezident, patriarx və baş nazirin daxil ola biləcəyi girişdən daxil oldular. Dövlət mühafizə xidməti onları buraxdı. Bu xidmətə tabe olan yanğınsöndürmə xidməti isə həmin şəxslərə serverin açarlarını verdilər. “Svit-şum”un açalarını isə İT-xidmətindən həmin şəxslər özləri götürüblər. Qeyd edim ki, bu otaq olduqca həssas yerdir. Naməlum şəxslər bizə bəlli olmayan səbəblərə görə ora daxil olmuşdular. Biz onların nə ilə məşğul olduqlarını soruşduqda isə həmin şəxslər özlərini itirdilər. Onlar bizə heç nə deyə bilmədilər. Hətta buraya onları kimin göndərdiyini demədilər, çıxıb getdilər”.

Gürcüstan administrasiya rəhbəri məsələyə jurnalist və ictimaiyyətin qiymət verməsini və Gürcüstan baş naziri və hökumətin ölkə başçısının təhlükəsizliyini necə təmin edildiyinə diqqət çəkmək istəyib. Andro Barnov müvafiq orqanları faktla bağlı təcili araşdırma aparmağa və ictimaiyyəti məlumatlandırmağa çağırıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə