Загрузка...
Xəbər lenti



Загрузка...

“Qanuni oğru”lar şəhəri qarışdırdı – Baş nazir cəza tapşırığı verdi
“Qanuni oğru”lar şəhəri qarışdırdı – Baş nazir cəza tapşırığı verdi
13 Mart 2017 / 20:45 / Baxış sayı: 3156
Font1 Font2 Font3 Font4

Gürcüstanın Batumi şəhərində baş verən qarışıqlıqlardan sonra hadisələrdə “qanuni oğru”ların iştirakı məsələsi müzakirəyə çıxarılıb.

“Bizimxeber” cebhe.info-ya istinadən xəbər verir ki, Gürcüstanın baş naziri Georgi Kvirikşvili hüquq-mühafizə orqanlarına müraciət edərək qarşıdurmanın bütün təşkilatçılarına qarşı sərt tədbirlər görməyə çağırıb.
Ölkədə 11 martda baş verən qarışıqlıqda “qanuni oğru”ların da iştirak ehtimalı araşdırılacaq. Ölkə mətbuatı “oğru”ların olaylara müdaxiləsinin mümkünlüyündən yazıb.
Saytın yazdığına görə, Batumidə qarışıqlığın arxasında “oğru dünyası” dayanır. Şahidlərin sözlərinə görə, şəhərin müxtəlif  rayonlarından 10-11 martda “qanuni oğru”ların təlimatı ilə gənclər polislə qarşıdurma yaradıb. Bu gənclər “oğru dünyası”nın təmsilçilərindən qruplar halında polislə toqquşma təlimatı alıb.
Bu qruplar əsasən polis idarələrinin qarşısına toplaşmalı idi: “Gəncləri topladılar. Onların arasında əvvəllər bir neçə dəfə məhkum olunanlar da var idi”.
Qeyd edək ki, qarşıdurmaya parklama ilə bağlı yazılan cərimə səbəb olub. Aptekin qarşısında maşını saxlayaraq dərman almağa gedən sürücünün maşınına cərimə yazılıb. Bununla da qarşıdurmanın əsası qoyulub və polis 40 nəfəri saxlayıb.  Hadisələrin baş verdiyi gün çox sayda maşın yandırılıb.
Bundan əvvəl də ölkələrin siyasi həyatında  “oğru”ların xüsusilə canfəşanlığına dair faktlar qeydə alınıb. Xüsusilə Ermənistanda bu hallara tez-tez rast gəlinib. 2016-cı ildə Ermənistan hakim dairələri “qanuni oğru” Alo ləqəbli Aleksandr Makaryanı ölkədən çıxarıb. Onunla bərabər Konço ləqəbli Norayr Piloyanla bağlı da eyni qərar verilib. Daha sonra məlum olub ki, erməni “oğru”ların himayədarları, xüsusilə də Zapa ləqbli şəxs  ondan neçə ilin sakitliyi üçün borcunu qaytarmağı tələb ediblər. Beləliklə yaranan qalmaqal “oğru”ların Ermənistandan qovulması ilə nəticələnib. Qovulabn “oğru”laırn ölkənin regionlarında müxalif dairələrlə işbirliyində olması xəbərləri yayılıb.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə