Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polis qəza törətdi-Ölən var-Foto
Polis qəza törətdi-Ölən var-Foto
13 Mart 2017 / 21:53 / Baxış sayı: 1840
Font1 Font2 Font3 Font4

Göyçay rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə saat 20:46 radələrində, Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Göyçaydan İsmayıllı rayonu istiqamətinə hərəkət edən Məhəmməd Quliyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili yolu keçən Göyçay rayon Qarayazı kənd sakini Eyvazov Sədiyar Bulud oğlunu vurub. Nəticədə S. Eyvazov hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, hadisəni törətmiş M.Quliyev İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə