Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı məmurun ingilis diplomu saxta çıxdı
Azərbaycanlı məmurun ingilis diplomu saxta çıxdı
13 Mart 2017 / 23:34 / Baxış sayı: 1148
Font1 Font2 Font3 Font4

Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş sədri Roman Nəsirovun diplomu saxta çıxıb.

arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə informasiyanı TSN televiziyası Şərqi London Universitetinə istinadən yayıb. Belə ki, universitet televiziyaya açıqlamasında Nəsirov adlı şəxsin heç vaxt ali təhsil almadığını bildirib.

Televiziya Nəsirovun Britaniyada daşınmaz əmlaka sahib olduğunu bildirib:

“Onun mənzillərindən biri Londonun şimalında yerləşir. Dörd otaqdan ibarət mənzilə görə, Nəsirov 120 min funt sterlinq ödəyib. Hazırda bu mənzinlin qiyməti 300 min funt dəyərindədir. Nəsirovun başqa bir mənzili isə Londonun maliyyə mərkəzində yerləşir. Keçmiş məmurun 2007-ci ildə aldığı bu mənzilin hazırkı dəyəri 550 min funt olaraq qiymətləndirilir”.

Qeyd edək ki, Nəsirov 2017-ci ilin martın 3-də vəzifəsindən uzaqlaşdırılıb. Ona cinayət işi açılıb. Keçmiş məmur dövlətə 2 milyard qriven zərər vurmaqda ittiham olunur.

Roman Nəsirov əslən azərbaycanlıdır.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə