Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əvəz Zeynallının şikayətinə mayın 1-də baxılacaq
Əvəz Zeynallının şikayətinə mayın 1-də baxılacaq
25 Aprel 2013 / 12:35 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayət üzrə ilkin baxış iclasının vaxtı bilinib. Jurnalistin həyat yoldaşı Məlahət Zeynallı deyib ki, iclas mayın 1-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçiriləcək.

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi Əvəz Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. 2011-ci il oktyabrın 28-dən həbsdə olan Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib.

Əvəz Zeynallı 1969-cu ildə anadan olub. Ankara Dövlət Universitetini bitirib. «Günaydın», «P.S.», «Millətin səsi» qəzetlərinin yazarı, «Vətəndaş həmrəyliyi» qəzetinin baş redaktoru olub. 2002-ci ildə «Xural» qəzetini yaradıb. (mediaforum.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə