Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Donald Tramp xeyriyyəçilik edəcək
Donald Tramp  xeyriyyəçilik edəcək
14 Mart 2017 / 10:25 / Baxış sayı: 540
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti Donald Tramp illik əmək haqqını xeyriyyəçiliyə sərf edəcək.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bildirib.

ABŞ prezidentinin illik əmək haqqı 400 min dollar təşkil edir.

Ş.Spayserin sözlərinə görə, Tramp pulun konkret hansı məqsədlər üçün istifadə olunacağına dair qərar qəbulunda ona daim tənqid etdiyi, Ağ Evdəki tədbirlərdə iştirak edən jurnalistlərin yardım göstərməsini istəyir.

Xatırladaq ki, seçki kampaniyası zamanı Tramp sadəcə, qanunun tələbinə uyğun olaraq, əldə etməli olduğu 1 dollardan savayı, əmək haqqı almayacağını bildirib.

O, əvvəllər biznesdəki uzun və uğurlu fəaliyyətinə baxmyaraq, karyerası ərzində demək olar, heç vaxt xeyriyyəçiliklə məşğul olmadığına görə tənqid edilib.

“Forbes” jurnalının 2016-cı ildəki reytinqində Donald Trampın var-dövləti 3,7 milyard ABŞ dolları qiymətləndirilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə