Загрузка...
Xəbər lenti



Загрузка...

Bakıda yoxa çıxan məktəbli qız tapıldı – YENİLƏNİB
Bakıda yoxa çıxan məktəbli qız tapıldı – YENİLƏNİB
14 Mart 2017 / 11:01 / Baxış sayı: 1088
Font1 Font2 Font3 Font4

Dünən Bakının Nərimanov rayonu ərazisində itkin düşən 18 yaşlı qız tapılıb. 11-ci sinif şagirdi olan N.K-nın oxuduğu 202 saylı orta məktəbin direktoru Qasım Qasımov Lent.az-a bildirib ki, dünən evə gec gedən məktəblinin anası təşvişə düşərək polisə müraciət edib: “Həmin qızın qardaşı qızılca olub, ona görə də bu gün məktəbə gəlməyib. Mən əlaqə saxlayıb maraqlandım, uşaq hazırda evlərindədir”.

*****

10:30

 

Bakıda məktəbli itkin düşüb.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Valideynlərinin dediyinə görə, 202 saylı orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, ondan sonra barəsində heç bir xəbər yoxdur.

Hazırda polis onun tapılması istiqamətində axtarışları davam etdirir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə