Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni FORMAT təklifi
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni FORMAT təklifi
14 Mart 2017 / 12:12 / Baxış sayı: 702
Font1 Font2 Font3 Font4

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni formatın yaradılması təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Rusiya Federasiyasının prezidenti yanında Vətəndaş cəmiyyətinin inkişafı və insan hüquqları birliyinin, prezident yanında İctimai Palatanın üzvü Maksim Şevçenko bu gün Bakıda keçirilən “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” adlı beynəlxalq elmi-praktik konfransda deyib.

O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ATƏT-in Minsk qrupu vasitəçilik imitasiyası edib.

M.Şevçenko bidirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin məğlubiyyəti, onun üzvləri, xüsusilə də ABŞ və başqaları vəziyyətin həllində maraqlı deyillər:

“Problem yalnız Rusiya-Türkiyə-İran formatının fəal inkişafı ilə həll edilə bilər. Vəziyyətin həlli təkcə Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş rayonlarını deyil, həm də bütün qaçqınların qarşılıqlı qaytarılması üçün imkan yaradılmasını da əhatə etməlidir”.

Onun fikrincə, münaqişənin hərbi yollla həlli yoxdur:

“Eskalasiya Gürcüstan, Rusiya və NATO ölkələrinin ərazisində birbaşa münaqişəyə səbəb olacaq. Ermənistan Rusiya Federasiyasına qədər dəhliz tələb edəcək. Gürcüstan NATO-ya müraciət edəcək. Rusiya Federasiyası regionda öz maraqlarını qorumaq üçün hərəkətə başlayacaq. Azərbaycan üçün bu, İran və Rusiya Federasiyası arasında qalmaq, eləcə də öz aktivlərini və Rusiya Federasiyasında olan siyasi təsirini təhlükə altına qoymaq deməkdir”.

M.Şevçenko əlavə edib ki, ən yaxşı format “üçbucağın” yeni nəzarət komissiyalarının yaradılmasıdır ki, buna da Qərb heç vaxt imkan verməyəcək:

“Buna görə də daimi hərbi eskalasiya ilə humanitar əlaqələr yaxın gələcəkdə gündəmdə olacaq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə