Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Mən vəzifəmdə qalıram”
“Mən vəzifəmdə qalıram”
25 Aprel 2013 / 13:01 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Təhsil naziri Misir Mərdanov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra mətbuat nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadənin də işdən çıxarıldığı barədə ard-arda informasiyalar yaydı. Daha bir xəbər isə Bayram Hüseynzadənin “Azərbaycan müəllimi” qəzetinin baş redaktorluğundan uzaqlaşdırılması ilə bağlı oldu. Bəzi KİV-lərin yazdığına görə, yeni təhsil naziri Mikayıl Cabbarov B.Hüseynzadəni “Azərbaycan müəllimi” qəzetinin rəhbərliyində görmək istəməyib.

Amma bu gün Modern.az  saytına açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə özü haqqında yayılan bütün belə xəbərləri təkzib edərək, onları dezinformasiya adlandırıb:

”Mən “Azərbaycan müəllimi”qəzetinin baş redaktoruyam və Təhsil Nazirliyindəki vəzifəmdə də qalıram”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə