Загрузка...
Xəbər lenti



Загрузка...

Belçika da türklərin aksiyasına icazə vermədi
Belçika da türklərin aksiyasına icazə vermədi
14 Mart 2017 / 13:31 / Baxış sayı: 526
Font1 Font2 Font3 Font4

Belçikanın Antverpen şəhərinin meri Bart de Veyver cümə günü şəhərdə türk sakinlərinin planlaşdırdığı mitinqi qadağan edib.

Trend-in məlumatına görə, mer qərarını belə əsaslandırıb ki, bu aksiya ictimai asayişə təhlükə törədir.

Şəhər meriyasının bununla əlaqədar yaydığı məlumatda qeyd olunub ki, Antverpen şəhər rəhbərliyi həmin gün türklərə etiraz olaraq aksiya təşkil edə biləcək radikal sağ partiyanın tərəfdarları ilə toqquşmadan ehtiyat edir.

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsini ölkəyə buraxmayıb. Nazir Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək referendumla ölkə konstitusiyasına nəzərdə tutulmuş dəyişikliklər barədə məlumatlandırmaq üçün Rotterdamda mitinqdə iştirak etmək istəyirdi.

Bundan sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qaya yerüstü nəqliyyat vasitəsilə gələrək mitinqdə iştirak etməyə cəhd edib. Lakin Niderland DİN-in əməkdaşları yolu bağlayıb, hakimiyyət isə naziri “arzuolunmaz şəxs” elan edərək ölkədən çıxarıb.

Bununla əlaqədar olaraq Türkiyə XİN Niderland tərəfinə nota ünvanlayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə