Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ali Radada rus dili DAVASI – VİDEO
Ali Radada rus dili DAVASI – VİDEO
14 Mart 2017 / 13:54 / Baxış sayı: 630
Font1 Font2 Font3 Font4

Ukrayna Ali Radasının iclasında qalmaqal baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, “Xalq cəbhəsi” fraksiyasının deputatları “Müxalifət bloku” fraksiyasının həmsədri Aleksandr Vilkulun rus dilində çıxışını kəsməyə çalışıblar.

Lakin deputat çıxışına davam edib.

Qeyd edək ki, Ukrayna Ali Radasının spikeri Andrey Parubiy ötən ayın əvvəlində parlamentdə istənilən dildə çıxış etmək hüququnun ləğvini təklif edib. Parubiy parlament üzvlərini Ukrayna dilində çıxış etməyə çağırıb. Spiker əlavə edib ki, zəruri olduqda deputatlar üçün tərcüməni təşkil edə bilər.

“Müxalifət bloku” isə hesab edir ki, təklif ölkənin parçalanması təhlükəsini yaradır. Qeyd edilir ki, qanun layihəsinin qəbulunda əsas məqsəd deputatların rus dilində çıxışına icazə verməməkdir.

Andrey Parubiy Ali Radanın bugünkü iclasında parlamentin reqlament komitəsinə bütün deputatların Ukrayna dilində çıxışını zəruri edən qanun layihəsinə baxmağa tapşırıb.

Xatırladaq ki, daha əvvəl də Ukrayna parlamentinin rəhbərliyi və deputatlar rus dilində çıxış etmiş həmkarlarının çıxışlarını kəsiblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə