Загрузка...
Xəbər lenti



Загрузка...

Xətainin Bakıdakı heykəlini ziyarət edənlər 100 manat cərimələnəcək – VİDEO
Xətainin Bakıdakı heykəlini ziyarət edənlər 100 manat cərimələnəcək – VİDEO
14 Mart 2017 / 15:13 / Baxış sayı: 1076
Font1 Font2 Font3 Font4

Paytaxtın Xətai rayonu Yusif Səfərov küçəsinin genişləndirilməsi təqdirəlayiq addım olsa da bundan əziyyət çəkənlər də az olmayacaq. 

Ərazidə yol genişləndirilib, yolun ortasında zolaq şəklində qalan park ləğv edilsə də, Şah İsmayıl Xətainin parkdakı heykəli heç bir yerə köçürülməyəcək. Heykəl heç bir yerə köçürülməsə də, ona yaxınlaşmaq da tamamilə məhdudlaşdırılıb.

Cebhe.info əməkdaşı sözügedən ərazidə olub. Məlum olub ki, böyük tarixi şəxsiyyətin abidəsini ziyarət etmək tamamilə imkansız hala gəlib. Ətrafda olan yol polisi əməkdaşları isə yolu keçərək abidəyə yaxınlaşmağın qayda pozuntusu olduğunu bildiriblər. Yol kənarına çəkilən dəmir hasarı atlayaraq yolu keçmək istəyən piyadalar isə qanunla nəzərdə tutulduğu kimi 100 AZN cərimə olunacaqlar.

Ərazidən çəkilən görüntüləri sizə təqdim edirik:



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə