Загрузка...
Xəbər lenti



Загрузка...

Azərbaycan Fransa ilə 2 milyard dollarlıq müqavilə imzaladı
Azərbaycan Fransa ilə 2 milyard dollarlıq müqavilə imzaladı
14 Mart 2017 / 15:45 / Baxış sayı: 922
Font1 Font2 Font3 Font4

Bu gün Azərbaycan ilə Fransa arasında çox yüksək səviyyədə iqtisadi əlaqələr var. Bir çox layihələr icra olunmuşdur, 50-dən çox fransız şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşdə deyib.

İqtisadiyyatımıza yatırılan investisiyaların həcminin 2 milyard dollardan çox olduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, bu sərmayələr əsasən enerji sektoruna qoyulmuşdur, lakin qeyri-neft sektoruna da bəzi sərmayələr yatırılır. Bu isə hazırkı mərhələdə bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın hökumət qurumları və fransız şirkətləri tərəfindən imzalanmış müqavilələrin dəyəri 2 milyard dollara yaxındır. Beləliklə, bu, ilk növbədə ölkəmizin potensialını nümayiş etdirir, bu, fransız biznes dairələrinin Azərbaycandakı fəaliyyətə marağının göstəricisidir. Eyni zamanda, bu, Azərbaycanda yerli və əcnəbi biznes qruplarına iş görmək, sərmayə yatırmaq və yaxşı podratçı olmaq üçün çox əlverişli şəraitin yaradıldığına dəlalət edir. Azərbaycanda fəaliyyət göstərən fransız şirkətləri bizə iqtisadiyyatımızın müxtəlif sektorlarını inkişaf etdirməyə kömək göstəriblər.

“Ölkəmiz üçün ənənəvi sayılan neft və qaz sektorunda bizim çox güclü əlaqələrimiz var. İcra edilməkdə olan layihələr qarşılıqlı faydalara gətirib çıxarır. Bizim, eyni zamanda, infrastruktur, nəqliyyat, ictimai nəqliyyat, metro, dəmir yolu nəqliyyatı, suyun idarə edilməsi və bu sektorlara investisiyaların yatırılması sahəsində güclü əməkdaşlığımız var”, – deyə ölkəmizin başçısı diqqətə çatdırıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə