Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli Abbasov Minskdə sərgi və forumunda iştirak edib
Əli Abbasov Minskdə sərgi və forumunda iştirak edib
25 Aprel 2013 / 13:16 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə ölkənin dövlət, özəl və qeyri-hökumət qurumlarının 60-a yaxın rəhbər nümayəndələri Minskdə (Belarus) 20-ci telekommunikasiya, rabitə, təhlükəsizlik, informasiya və bank texnologiyaları üzrə ixtisaslaşmış TİBO-2013 beynəlxalq sərgi və forumunda iştirak edib.

Rabitə və informasiya texnologiyaları nazirliyindən Bizimxeebr.az-a verilən məlumata görə, açılış mərasimində Belarus baş nazirinin müavini Anatoli Kalinin, informasiyalaşma və rabitə naziri Nikolay Panteley, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov,  eləcə də digər rəsmi şəxslər çıxış edib.

TİBO-2013 sərgi və forumunun təşkilatçıları tərəfindən təltif olunmuş xatirə medalı Ə.Abbasova təqdim olunub. Çıxışlardan sonra ali qonaqlar VİP-tur çərçivəsində Azərbaycanın stendinə baş çəkib və ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlərlə yaxından tanış olub.

Sonra Belarus baş nazirinin müavini Mixail Myasnikoviç nazir Ə.Abbasovu qəbul edib. Bundan başqa, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin Belarusa rəsmi  səfəri zamanı əldə olunmuş razılaşmaya əsasən ikinci Belarus-Azərbaycan İKT Forumu keçirilib.

Bu forum ölkələr arasında İKT sahəsində əməkdaşlıq imkanlarının müzakirə edilməsi, təcrübələrin bölüşdürülməsi, həmçinin gələcək imkanlar üçün əsaslı şəraitin yaradılması məqsədi daşıyır. Forumda hər iki ölkə arasında İKT sahəsində qarşılıqlı əməkdaşlığa dair sənədlər imzalanıb, eyni zamanda gələcək perspektivlər müzakirə olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə