Загрузка...
Xəbər lenti



Загрузка...

Ermənistan “Smerç”lərdən atəş açdı
Ermənistan “Smerç”lərdən atəş açdı
14 Mart 2017 / 19:12 / Baxış sayı: 1366
Font1 Font2 Font3 Font4

Ötən il Yerevandakı hərbi paradda nümayiş etdirilmiş “Smerç” reaktiv atəş sistemləri ilk dəfə atəş açıblar. Ermənistanın Müdafiə Nazirliyi “Smerç”lərin atəşə hazırlanması və raketlərin buraxılması anını əks etdirən video yayımlayıb.

Ermənistanın Rusiyadan aldığı “Smerç” komplekslərini ötən ilin aprelində, münaqişə qızışdığı vaxt Dağlıq Qarabağa daşıması məlumdur. Lakin nazirliyin yaydığı reportajdan bəlli olur ki, o vaxt “Smerç”dən atış açılmayıb.

Aviasiyanın inkişafına və daha müasir, idarə oluna bilən sursatların meydana gəlməsinə baxmayaraq, lüləli və reaktiv artilleriyanın əhəmiyyəti azalmır. Getdikcə daha çox ölkə öz istehsalı olan belə silahlarla silahlanmağa çalışır. Və bu gün üçün bu tipli silahların ən güclülərindən biri məhz hələ SSRİ dönəmində hazırlanmış “Smerç”dir.

“Smerç” 300 mm kalibrli raketləri 90 kilometrə qədər məsafəyə atmağa qadirdir və özündə əfsanəvi “Katyuşa” ilə taktiki raketlərin vurma məsafəsini birləşdirir. Bir atəşlə 70 hektarlıq ərazidəki hədəfləri məhv etmək mümkündür.

2008-ci ilə olan məlumata görə, Azərbaycanda o vaxt 18 “Smerç” qurğusu mövcud olub.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə