Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

11 yaşlı oğlan məktəbdə necə öldü? – TƏFƏRRÜAT
11 yaşlı oğlan məktəbdə necə öldü? – TƏFƏRRÜAT
14 Mart 2017 / 23:50 / Baxış sayı: 988
Font1 Font2 Font3 Font4

Ağsu rayonunda məktəblinin ölümü ilə nəticələnən hadisənin bəzi detalları üzə çıxıb.Lent.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Əliyev Əli Mehman oğlunun futbol oynayarkən yıxılıb xəsarət aldığı bildirilsə də, sonradan onun hündürlükdən yıxıldığı məlum olub.

Belə ki, saat 17-18 arasında məktəbdə dərsin yekunlaşdığı vaxt uşaqlar stadionda futbol oynamağa başlayıb. Bu zaman 11 yaşlı Əli futbola baxmaq üçün nərdivana bənzəyən idman qurğusuna çıxıb. Futbol oynayan uşaqları izləyərkən o, yıxılıb və başından ağır xəsarət alıb.  Başın əzilməsi, sol gicgah sümüyünün sınığı və beyinə qansızma diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirilən uşaq daha sonra Bakıya göndərilib və paytaxtda keçinib.

Əli Əliyevin necə yıxıldığını görən olmayıb.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

*****

12:38

Ağsu rayonunda məktəbli ağır xəsarət nəticəsində ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kəndoba kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Əliyev Əli Mehman oğlu başın əzilməsi, sol gicgah sümüyünün sınığı və beyinə qansızma diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirilib. Uşağın vəziyyəti ağır olduğu üçün ona ilkin tibbi yardım göstərilib və o təcili olaraq müalicə üçün Bakı şəhərinə göndərilib. Kəndoba kənd orta məktəbinin 5-ci sinif şagirdi olan Əli Əliyev Bakıda xəstəxanada dünyasını dəyişib. Onun hansı səbəbdən travma aldığı məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, uşaq məktəbdə oynayarkən yıxılıb və xəsarət alıb.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə