Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Hələ heç bir müəyyənlik yoxdur…”
“Hələ heç bir müəyyənlik yoxdur…”
25 Aprel 2013 / 13:43 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Prezident seçkilərində öz namizədi ilə iştirak qərarı vermiş Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Nazim Məmmədov (Mehmet) müxalifətin seçkilərlə bağlı ümumi mövqeyinin hələ dəqiqləşmədiyini deyir.

arxiv.bizimxeber.az-ın məlumatına görə, VİP sədrinin müavini hesab edir ki, bu məsələdə müəyyənliyin yaranması üçün müxalifət daxilində mövcud olan əsas birliklər əvvəlcə ayrı-ayrılıqda öz namizədlərini razılaşdırmalarıdırlar: “Yalnız bundan sonra müxalifət düşərgəsinin seçkidə hansı potensial namizədlərlə iştirak edəcəyi aydın olacaq. Ona görə də, indidən vahid namizəd məsələləsinin müzakirəsi və onun mümkün nəticələri haqqında hətta nəzəri cəhətdən də, fikir bildirmək mümkün deyil. Məlumat və müşahidələr də göstərir ki, hazırda bəzi təşkilatların vahid namizəd məsələsinin çözülməsi üçün yaratmağa çalışdıqları format müxalifətin sadəcə, bir hissəsini əhatə edir. O formatda hətta vahid namizəd müəyyənləşdirilsə belə, həmin şəxs bütövlükdə müxalifətin deyil, onu razılaşdıran qüvvələrin namizədi kimi qəbul ediləcək.

Vətəndaş və İnkişaf Partiyası iə artıq Əli Əliyevin prezidentliyə namizədliyini rəsmən irəli sürüb və bu qərarın dəyişdirilməsi gözlənilmir. Bununla belə, müxalifətin vahid namizədi ilə bağlı real və səmimi, ən əsası, konkret nəticəyə hesablanmış geniştərkibli müzakirələr təşkil ediləcəksə, VİP həmin məsləhətləşmələrdə iştirak edə bilər”.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə