Загрузка...
Xəbər lenti



Загрузка...

“Bunu dövlətin ayırdığı vəsaiti talamaq üçün ediblər…” – Heydər Əsədovun naşı işçiləri…
“Bunu dövlətin ayırdığı vəsaiti talamaq üçün ediblər…” – Heydər Əsədovun naşı işçiləri…
15 Mart 2017 / 9:25 / Baxış sayı: 1406
Font1 Font2 Font3 Font4

Ucar rayonu, 20 Yanvar küçəsi, döngə 12, ev 1-in sakini Cəbrayılov Abbas Malik oğlu tərəfindən “icxeberler.info” -ya şikayət məktubu göndərilib.

“Ucar rayon Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun səriştəsizliyi yarıtmazlığı və yaratdığı korrupsiya əməlləri nəticəsində rayonda mal-qara tələf edilir.

Belə ki, 07 mart 2017-ci il tarixdə Ucar rayon Baytarlıq İdarəsinin işçiləri dabaq xəstəliynə qarşı peyvəndlənmə adı iıə evimizə gəlib boğaz (qarnında balası olan) inəyimizə iynə vurdular. İynə vurmamışdan əvvəl biz onlara dedik ki, boğaz mala iynə vurmaq olmaz. Onlar təkidlə dedilər ki, heç bir təhlükə yoxdur dabaq xəstəliyi əlehinə peyvəndi boğaz mala vurmaq olar.

Belə də oldu iynəni vurdular səhəri günü inəyimiz ölü bala doğdu. İnəkdə iynəyə görə zəhərlənmə getdi. Ucar rayon baytarlıq idarəsinin rəisi Xaləddin Əsgərovun yaratdığı korrupsiya şəbəkəsinin yarıtmaz fəaliyyəti nəticəsində rayonda bu qaydada çoxlu sayda mal-qara tələf olub. Tanıdığım bir-neçə şəxslərə məxsus mal-qara bu peyvənddən sonra zəhərlənib, ayağı tutulub, ölü bala doğub. Hətta həmin günü bizə məxsus 3 baş mala dabaq əlehinə peyvənd vurulsada akt tərtib edib bizim malın sayını 6 baş qeyd ediblər ki, bunu da dövlətin ayırdığı vəsaiti talamaq üçün ediblər”.

Daha sonra narazı vətəndaş dia.az-a yazır: “Ucar rayon Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərov ölmüş balanın Ucar rayonunda labaratoriyada analiz edilməsini istəsədə buna razı olmadıq. Ona görə ki, labaratoriya saxta analiz edib onun cinayət əməlinin üstünü ört-basdır edəcək.Mən tələb etsəmdə ki, ölmüş bala Bakı şəhərində labarator analiz edilsin ancaq bunu təmin etmədilər.

Mən bu saxtakarlıq , qanunsuzluq barədə Prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədova və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanova şikayət ərizəsi ilə müraciət etmişəm. Mətbuat vasitəsi ilə də həmin şəxslərə müraciət edib xahiş edirəm rayonun heyvandarlıq sahəsinə ciddi ziyanlar vuran Ucar rayon Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun korrupsiya əməllərini araşdırıb onun barəsində ciddi tədbirlər görəsiniz. Gəlin araşdırın görün Xaləddin Əsgərov dövlət əmlakını talan etməklə hansı var-dövlətə sahib olmuşdur”.\realnewsinfo.com\

arxiv.bizimxeber.az
"Bunu dövlətin ayırdığı vəsaiti talamaq üçün ediblər..." - Heydər Əsədovun naşı işçiləri...
"Bunu dövlətin ayırdığı vəsaiti talamaq üçün ediblər..." - Heydər Əsədovun naşı işçiləri...

"Bunu dövlətin ayırdığı vəsaiti talamaq üçün ediblər..." - Heydər Əsədovun naşı işçiləri...

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə