Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bilgəh sanatoriyasına quldur basqını – Yaralanan var – YENİLƏNİB
Bilgəh sanatoriyasına quldur basqını – Yaralanan var – YENİLƏNİB
15 Mart 2017 / 12:54 / Baxış sayı: 1302
Font1 Font2 Font3 Font4

“Bilgəh” sanatoriyasının ərazisində heç bir silahlı basqın olmayıb. Mən bilmirəm, bu informasiya hardan çıxıb”, – deyə sanatoriyanın baş həkimi Muxtar Əhmədov virtualaz.org-a deyib.

O bildirib ki, məsələyə aydınlıq gətirmək üçün polislə də danışıb: “Mənə dedilər ki, hadisə sahildə olub və onun bizim sanatoriyamıza heç bir aidiyyəti yoxdur. Mən həmçinin soruşdum ki, bəlkə bizim işçilərimizdən kiminsə bunda iştirakı var, cavab verdilər ki, yoxdur”.

11:09

Bilgəh Kardioloji Sanatoriyasından oğurluq etməyə cəhd göstərən şəxs sanatoriyanın mühafizəçisini bıçaqlayıb.
“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Bilgəh Kardioloji Sanatoriyasında mühafizəçi işləyən 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu içəriyə oğurluq etmək məqsədilə daxil olmaq istəyən şəxsi zərərsizləşdirmək istəyib. Bu zaman həmin şəxslə mühafizəçi əlbəyaxa olublar. Həmin şəxs Ş.Həmidzadənin baş və bədən nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub. Mühafizəçi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə