Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezident beynəlxalq konfransın iştirakçılarını təbrik etdi
Prezident beynəlxalq konfransın iştirakçılarını təbrik etdi
15 Mart 2017 / 11:41 / Baxış sayı: 606
Font1 Font2 Font3 Font4

“Azərbaycanda ən qədim zamanlardan müxtəlif dinlərə məxsus insanlar yaşayıb. Bu gün də Azərbaycan dini tolerantlıq ənənələrini davam etdirir”.

“Bizimxeber” APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “İslam həmrəyliyi – zamanın çağırışı” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına təbrikində qeyd edib.

Dövlət başçısı bildirib ki, konfransın Bakıda keçirilməsi ilə doğru ünvan seçilib.

“Azərbaycanda bu səpkidə bir çox beynəlxalq tədbir keçirilib. Bunun davamı olaraq bu il İslam Həmrəyliyi oyunları keçiriləcək. İslam həmrəyliyi olduqca vacib amildir və bununla bağlı ciddi addımlar atılmalıdır. Ümidvaram ki, bugünkü konfrans da İslam aləminə öz töhfəsini verəcək”, – deyə prezident vurğulayıb.
Təbriki Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla oxuyub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə