Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əhali arasında yayılan boğazağrısı təhlükəlidirmi? – Həkim rəyi
Əhali arasında yayılan boğazağrısı təhlükəlidirmi? – Həkim rəyi
15 Mart 2017 / 12:34 / Baxış sayı: 664
Font1 Font2 Font3 Font4
“Hazırda ölkədə əhali arasında yayılan xəstəlik sezon qripidir”. 
Bu fikirləri BakuPost.az-a tanınmış həkim, professor Adil Qeybulla camaat arasında əsasən boğazağrısı ilə müşahidə olunan xəstəliyin yayılması haqda danışarkən deyib.
Onun sözlərinə görə, havalar dəyişən zaman insanlar geyim növünü düzgün seçmədikləri üçün bu xəstəliyə yoluxurlar: “Hava bəzən aldadıcı olur. Bütün bunlar bədənin temperaturunun, yəni ətraf aləmlə uyğunsuzluğu fonunda bir dövrlənmə yaradır.
Ümumiyyətlə, yuxarı tənəffüs yollarında 10-dan çox adi vəziyyətdə xəstəlik törətməyən, amma soyuqdəymə olanda aktivləşən mikroblar var. Bunların yaratdığı iltihabı proses qripə bənzər əlamətlər ilə verir. El arasında biz bunu qrip adlandırıq. Əslində isə bu, kəskin soyuqdəymə xəstəliyidir. Sonra da insanlar bir-birini yoluxdurmağa başlayır”.
Adil Qeybulla bildirib ki, bu xəstəliyə yaydan payıza, qışdan yaza keçən dövrlərdə daha çox təsadüf edilir.
Professor onu da əlavə edib ki, bu xəstəliyə yoluxan insanlar mütləq şəkildə maskalardan istifadə etməlidir: “Xəstə olan insanlar yaxşı olar ki, yataq rejimnə keçsin. Buna ciddi yanaşsınlar. Ən əsası isə əhalinin çox olduğu yerlərdə, ictimai nəqliyyatda maskalardan istifadə etsinlər. Buna görə kompleks keçirmək lazım deyil. Çünki maska havadan yayılan infeksiyaların kifayət qədər qarşısını ala bilir”.
Adil Qeybulla hesab edir ki, qoruyucu tədbirlər bu məsələni lokallaşdıra bilər.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə